Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
Azərbaycan Premyer Liqasının VII turunda bu gün daha bir oyun baş tutacaq.
"Report" xəbər verir ki, "Turan Tovuz" klubu doğma meydanda "Araz Naxçıvan"la qarşılaşacaq.
Tovuz Şəhər Stadionunda keçiriləcək görüşün start fiti saat 18:00-da səsləndiriləcək. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək. Hazırda "Turan Tovuz" 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 5-ci yerdə olan "Araz-Naxçıvan"ın isə 10 xalı var.
Azərbaycan Premyer Liqası
VII tur
21 sentyabr
18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Allahverdiyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tovuz şəhər stadionu
Qeyd edək ki, VII turun ötən gün keçirilən görüşlərində "Şamaxı" səfərdə "Kəpəz"i 2:0, "Qarabağ" isə "Azərsun Arena"da "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib. VII tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək
Azərbaycan Premyer Liqası: VI tura iki oyunla yekun vurulacaq
Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Neftçi" matçının baş hakimi müəyyənləşib
Azərbaycan Premyer Liqası: V tur iki oyunla başlayır
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













