Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
"Sizinxeber.az"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu - 10-cu pilədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.
İkinci görüşdə "Sumqayıt" "Səbail"i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi üç xalla 4-5-ci, "dənizçilər" isə bir xalla 7-9-cu yerləri bölüşdürür.
Azərbaycan Premyer Liqası, III tur
18:15. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Tovuz şəhər stadionu
20:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqa: XX tura bu gün Tovuzda start veriləcək
Premyer Liqa: “Neftçi” – “Sabah” oyununu idarə edəcək hakimin adı açıqlanıb
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













