PFL rəsmisi: Azarkeşlərin problemlərini mütəmadi şəkildə dinləyirik
Onlarla mütəmadi şəkildə görüşüb, problemlərini dinləyirik. Budəfəki toplantı da eyni qəbildən idi.
Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Premyer Liqa və I Liqa klublarında çalışan azarkeşlərlə və əlil fanatlarla əlaqələndirici şəxslərlə görüş barədə danışarkən deyib.
PFL rəsmisi toplantıya AFFA, PFL və DİN əməkdaşlarının da qatıldığını bildirib:
"Bildiyiniz kimi, azarkeşlər futbolun əsas tərkib hissəsidir. Artıq klubların hər birində onlarla işləyən şəxslər fəaliyyət göstərir. Biz bu şəxslərə oyunöncəsi iclaslarda iştirak etmək imkanı da yaratmışıq. Səmərəli bir görüş alındığını düşünürəm. Belə toplantıların mütəmadi keçirilməsi nəzərdə tutulub".
Qeyd edək ki, görüşdə Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları bir sıra mövzuları müzakirə ediblər. Bunlar ötən mövsüm ərzində baş vermiş hadisələr, cari mövsüm üçün planlar, Avropa Futbol Azarkeşləri təşkilatının klub nümayəndələrinə verdiyi tövsiyələr, azarkeşlərlə əlaqələndirici şəxs (SLO), təhlükəsizlik rəhbərləri və hüquq-mühafizə orqanları arasında koordinasiyadır. Bundan əlavə, 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Liqa yarışlarının Əsasnaməsinə əlavə edilmiş “Azarkeşlərin davranış qaydaları”na dair bəndlər müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası klublarının azarkeşlərlə əlaqələndirici şəxsləri üçün görüş keçirilib
Klublar Komitəsinin iclası keçirilib, AFFA-ya müraciət olunacaq
Premyer Liqa klubu Argentina millisinin üzvü ilə anlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
