Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub
sizinxeber.az xəbər saytı

Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub


Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub.

"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, Xorvatiya millisinin kapitanı ötən gün DÇ-2026-nın seçmə mərhələsində Çexiya yığması ilə görüşdə (5:1) penaltidən qol da vurub.

39 yaş 9 aylığında fərqlənən Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı avropalı futbolçu olub.

Qeyd edək ki, əvvəlki rekord Bosniya və Herseqovina millisinin hücumçusu Edin Cekoya məxsus idi. O, 39 yaş 2 aylığında olarkən, iyunun 7-də San Marino ilə matçda (1:0) fərqlənmişdi.

Oxşar xəbərlər

"Quba"nın basketbolçusu mundialın seçmə mərhələsində Azərbaycan millisinin baş məşqçisi olacaq
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində məğlub olub
Azərbaycan millisinin üzvü: "DÇ-2026-nın seçmə mərhələsində gücümüzü göstərmək istəyirik"
CAS Uruqvay millisinin futbolçusunu bağışlayıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər