Azərbaycanda 200 tələbə vəfat edib
sizinxeber.az xəbər saytı

Azərbaycanda 200 tələbə vəfat edib


Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Bildirilib ki, onlardan 33-ü bakalavriat, 5-i magistratura, 67-si tam orta ixtisas, 95-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Bundan başqa, 2025-ci ildə akademik borca görə 938, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 926 , təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 12 969 tələbə universitetdən xaric edilib.

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 115 olub.

Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı isə 114 nəfər olub.

Oxşar xəbərlər

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Ötən il əcnəbi və vətəndaşlığı olmayan 13 mindən çox şəxs Azərbaycanda tələbə adını qazanıb
Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb
İmtahanlarda qayda pozan nəzarətçilərin sayı açıqlanıb
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər