DÇ-26: Meksika Cənubi Koreyanı məğlub edib
sizinxeber.az xəbər saytı

DÇ-26: Meksika Cənubi Koreyanı məğlub edib


2026-cı il dünya çempionatında A qrupunun II turuna yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyununda Meksika millisi Cənubi Koreya ilə qarşılaşıb.

Görüş 19 iyun Bakı vaxtı ilə saat 05:00-da başlayıb.

Matçın taleyini bir qol həll edib. 50-ci dəqiqədə Luis Romo Meksikaya 3 xal qazandıran qolu vurub.

Xatırladaq ki, hər iki komanda ilk turda qələbə qazanıb. Meksika CAR-a 2:0, Cənubi Koreya isə Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, A qrupunun digər oyununda Çexiya və CAR 1:1 hesablı heç-heçə edib.

DÇ-2026
A qrupu, II tur
19 iyun
05:00. Meksika - Cənubi Koreya 1:0

Qol: L. Romo, 50

Meksika: Anxel Rangel, Xesus Sançes, Edson Alvares, Yohan Vaskes, Xesus Qalyardo, Luis Romo, Erik Lira, Marsel Rutyes, Roberto Alvarado, Raul Ximenez, Kinyones.

Cənubi Koreya: Kim Donq Hon, Li Te Sok, Kim Min Ce, Li Han Bom, Li Teq Hi, Paik Sın Ho, Hvan İn Bom, Yanq Hyon Con, Li Kan İn, Li Donq Kyon, Son Hın Min.

Oxşar xəbərlər

Meksika və Cənubi Koreya oyununun ən yaxşı futbolçusu bəli olub
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
DÇ-2026: Meksika Cənubi Koreyanı məğlub edib - YENİLƏNİB-4
DÇ-2026: Meksika - Cənubi Koreya oyununda ilk qol vurulub - YENİLƏNİR-3
Meksika dünya çempionatına qələbə ilə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər