AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
sizinxeber.az xəbər saytı

AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər


Brüsseldə keçirilən sammitdən sonra Avropa Birliyi liderləri 2030-cu ilə qədər qurumun müdafiə qabiliyyətlərinin gücləndirilməsini sürətləndirməyə və Avropanın hərbi hazırlığını artırmağa çağırıblar.

APA xəbər verir ki, bu barədə sammitin yekunları ilə bağlı açıqlamada deyilir.

"Ciddi təhlükəsizlik təhdidləri və çətinlikləri qarşısında və Ukraynaya qarşı müharibənin Avropa İttifaqı üçün mövcudluq problemi olaraq qaldığını nəzərə alsaq, Avropanın müdafiə hazırlığı 2030-cu ilə qədər qətiyyətlə gücləndirilməlidir", - sənəddə deyilir.

Avropa Birliyi dövlət və hökumət başçıları hərbi imkanlardakı kritik boşluqların aradan qaldırılmasını sürətləndirməyə, strateji asılılıqları azaltmağa və əvvəllər qəbul edilmiş müdafiə təşəbbüslərinin həyata keçirilməsini intensivləşdirməyə çağırıblar.

Sənəddə həmçinin Avropa Birliyinin quru, hava və dəniz sərhədlərinin qorunmasının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sammit həmçinin NATO-nun birliyə üzv dövlətlər üçün kollektiv müdafiənin təməli olaraq qaldığını bir daha təsdiqləyib.

Oxşar xəbərlər

Aİ səfirləri 150 milyard avroluq hərbiləşdirmə fondu ilə bağlı razılığa gəlib
Aİ liderləri Brüsseldə Avropa və Ukraynanın təhlükəsizliyini müzakirə edir
Aİ Şurası birgə təhlükəsizlik və müdafiə üçün 150 milyard avro ayırılmasını təsdiqləyib
Kallas: Avropa İttifaqı Çinlə əməkdaşlığa hazırdır
Kallas: Avropa İttifaqını Çinlə əməkdaşlığa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər