Romulus Rusin-Sendi: Budapeşt NATO ilə tam əməkdaşlığa qayıdır
sizinxeber.az xəbər saytı

Romulus Rusin-Sendi: Budapeşt NATO ilə tam əməkdaşlığa qayıdır


Macarıstan NATO müttəfiqləri ilə tam hərbi əməkdaşlığı bərpa edir, lakin Ukraynaya silah tədarük etməyəcək və ya ora qoşun göndərməyəcək.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Romulus Rusin-Sendi Brüsseldə keçirilən ittifaq ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşünün yekunları üzrə açıqlamsında deyib.

O, Kanada və İsveçdən olan həmkarları ilə, eləcə də NATO-nun baş katibi Mark Rütte ilə ikitərəfli görüşlər keçirdiyini bildirib: "Mən onlara geri qayıtdığımızı dedim".

Rusin-Sendi vurğulayıb ki, Budapeşt Ukraynadakı münaqişə ilə bağlı hazırkı mövqeyini qoruyub saxlayır: ölkə ölümcül silahlar verməyəcək və ya qoşun yerləşdirməyəcək. O, bu mövqeyi Macarıstanın əvvəlki rəhbərliyi tərəfindən dəfələrlə təkrarladığını xatırladıb.

Nazir həmçinin bildirib ki, yeni hökumət Macarıstanın Aİ və NATO-da tam iştirakını təmin etmək niyyətindədir. O qeyd edib ki, əvvəllər müttəfiqlərlə qarşılıqlı əlaqə Ukrayna və Rusiya ilə münasibətlər məsələsində fikir ayrılıqları səbəbindən çətinləşirdi.

Oxşar xəbərlər

NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib
Rutte: NATO Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcək
Mark Rütte: NATO müttəfiqlərinin müdafiə xərclərini artırıb
Rutte: Ukraynanın NATO-ya gedən yolu açıqdır
Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər