Avropa İttifaqı Rusiya tərəfindən döyüşənləri "Qara siyahı"ya sala bilər
sizinxeber.az xəbər saytı

Avropa İttifaqı Rusiya tərəfindən döyüşənləri "Qara siyahı"ya sala bilər


Avropa İttifaqı sammiti, Kaya Kallasın rəhbərlik etdiyi Avropa Komissiyasına və Avropa Xarici Fəaliyyət Xidmətinə Rusiyanın Ukraynadakı hərbi əməliyyatında iştirak edən şəxslərin təşkilata girişini potensial olaraq məhdudlaşdırmaq təşəbbüsünün texniki tədqiqatını davam etdirməyi tövsiyə edib.

"Report"un məlumatına görə, bu barədə sammitin yekun bəyanatında bildirilib.

Sənəddə qeyd olunur ki, bir sıra strukturlara görə, Ukraynaya qarşı Rusiya tərəfindən döyüşən keçmiş üzvlərin yarada biləcəyi potensial uzunmüddətli risklər kontekstində Avropa Şurası Avropa Komissiyasının və Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin müvafiq təklifini nəzərə alıb və onun həyata keçirilməsi üçün mümkün variantların araşdırılması üzrə işlərin davam etdirilməsini tövsiyə edib.

Viza siyasətinin Avropa İttifaqı üzv dövlətlərinin müstəsna məsuliyyəti olaraq qaldığı vurğulanıb. Beləliklə, hazırkı ifadə giriş qadağasının tətbiqi ilə bağlı konkret qərara aid deyil.

Oxşar xəbərlər

Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Avropa İttifaqı 2025-ci ildə Ukraynaya 30,6 milyard avro ayıracaq
Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib
Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri iyulun 24-də Çinə səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər