Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
sizinxeber.az xəbər saytı

Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır


İran və ABŞ sazişin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır və bu, böyük ehtimalla İslamabadda baş tutacaq.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

"Biz qarşılıqlı anlaşma memorandumunu imzalamağa heç vaxt olmadığı qədər yaxınıq və bunu İslamabadda etməyi planlaşdırırıq. Media onun yekun razılaşdırılmasına qədər məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməlidir", - İran diplomatiyasının rəhbəri qeyd edib.

Əraqçinin sözlərinə görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra sənədin məzmunu barədə təfərrüatlar ictimaiyyətə təqdim olunacaq.

"Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq bütün detallar vaxtında ictimaiyyətin diqqətinə çatdırılacaq", - nazir vurğulayıb.

Oxşar xəbərlər

HƏMAS: Qəzza ilə bağlı razılaşma heç vaxt olmadığı qədər yaxındır
ABŞ Milli Kəşfiyyat rəhbəri: Dünya heç vaxt olmadığı qədər nüvə məhvinə yaxındır
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
İran XİN: Əsas diqqətimizi Ermənistanla strateji münasibətlərə dair sənədin imzalanmasına yönəltməliyik
İranın XİN başçısı: Rusiya və Çinlə hərbi əməkdaşlıq davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər