ABŞ və İranın İsveçrə görüşü təxirə salınıb, Vensin səfəri ləğv edilib
Vaşinqton və Tehran hələlik İsveçrədə ikitərəfli anlaşma memorandumu imzalamaq və texniki danışıqlara başlamaq planlarını yekunlaşdırmayıblar.
"Sizinxeber.az" xəbər verir ki, ABŞ Vitse-prezidenti Cey Di Vensin rəsmi sözçüsü bu barədə iyunun 18-də jurnalistlərə məlumat verib.
"Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik dəqiqləşdirilməyib və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların təşkilati hissəsi heç vaxt sadə və proqnozlaşdırıla bilən olmayıb", - deyə məlumatda qeyd olunub.
Bəyanatda bildirilib ki, vitse-prezident Cey Di Vensin cümə günü ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb. Onun nümayəndəsi qeyd edib ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağı gözləyir.
Oxşar xəbərlər
NYT: Tehrandan cavab verilmədiyi üçün Vensin Pakistana səfəri təxirə salınıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün Pakistana yola düşüb
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - YENİLƏNİB
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Ağ Ev İran və ABŞ arasında birbaşa danışıqların aparıldığını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB-1
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
