Portuqaliya yığması UEFA Millətlər Liqasının qalibi olub
sizinxeber.az xəbər saytı

Portuqaliya yığması UEFA Millətlər Liqasının qalibi olub


Portuqaliya yığması UEFA Millətlər Liqasının final oyununda İspaniya yığmasını məğlub edib.

“Report” xəbər verir ki, qarşılaşma Münhendə baş tutub.

Matçın əsas və əlavə vaxtları 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində qolları Nuno Mendeş (26-cı dəqiqə) və Kriştianu Ronaldu (61) vurub. İspaniya yığmasının heyətində Martin Subimendi (21) və Mikel Oyarsabl (45) fərqlənib. Penaltilər seriyasında isə portuqaliyalılar rəqiblərini 5:3 hesabı ilə məğlub edib.

Portuqaliya millisi ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub. Bundan əvvəl komanda 2019-cu ildə turnirin qalibi olub.

Oxşar xəbərlər

UEFA Millətlər Liqası: Ronaldu Portuqaliya millisinin İspaniyaya qarşı heyətində yer alıb
Portuqaliya UEFA Millətlər Liqasının çempionu olub
UEFA Millətlər Liqası: Portuqaliya və Şimali İrlandiyadan əzmkar qələbə
Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib
Kriştianu Ronaldu Millətlər Liqasının oyunları üçün Portuqaliya yığmasının heyətinə çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər