Millətlər Liqası: Almaniyanı məğlub edən Portuqaliya millisi finalda
sizinxeber.az xəbər saytı

Millətlər Liqası: Almaniyanı məğlub edən Portuqaliya millisi finalda


Futbol üzrə Portuqaliya millisi UEFA Millətlər Liqasının yarımfinalında Almaniya yığmasına 1:2 hesabı ilə qalib gəlib və finalına yüksəlib.

"Sizinxeber.az"un məlumatına görə, Almaniyanın "Arena Münhen" stadionunda baş tutan qarşılaşmanı sloveniyalı Slavko Vinciçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

48-ci dəqiqədə Florian Virts alman komandasını hesabda irəli çıxarsa da, 63-cü dəqiqədə Çiko Konseysao hesabı bərabərləşdirib. Oyunun 68-ci dəqiqədə Kriştiano Ronaldo qələbə qolunu vurub. Bununla da 40 yaşlı Ronaldo Portuqaliya millisində 137-ci qolunu vurub.

Digər yarımfinalda İspaniya və Fransa qarşılaşacaq. Bu oyun iyunun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Oxşar xəbərlər

Kristiano Ronaldo Portuqaliya millisinə çağırılıb
Kriştiano Ronaldo 900-cü qolunu vurub
40 yaşlı Ronaldo Portuqaliya millisinə çağırılıb
Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib
Azərbaycan millisi Bakıda Portuqaliya ilə qarşılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər