BP: Sanqaçal dünyada ən böyük neft-qaz emalı terminalımızdır
Sanqaçal Terminalı bp-nin qlobal fəaliyyətində strateji əhəmiyyət daşıyan ən iri neft və qaz emalı mərkəzi hesab olunur.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu BP-nin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, bp Azərbaycanda həyata keçirdiyi transformasiya proseslərini artıq əməliyyat fəaliyyətində tətbiq edir və bu proseslər şirkətin bütün əsas aktivlərini əhatə edir.
M. Kərimova bildirib ki, Sanqaçal Terminalı BP-nin qlobal portfelində neft və qaz emalı üzrə ən böyük terminaldır.
O qeyd edib ki, şirkət Azərbaycandakı əməliyyatlarında ağıllı qazma texnologiyalarından, pilotsuz uçuş aparatlarından, robotlardan və rəqəmsal əkiz (digital twin) həllərindən istifadə edir.
Onun sözlərinə görə, bu texnologiyalar hasilatın səmərəliliyini artırmağa, daha dəqiq qərarlar qəbul etməyə və təhlükəli işlərin avtomatlaşdırılmasına imkan yaradır.
Oxşar xəbərlər
“Philip Morris”: Azərbaycan innovasiyalara əsaslanan iqtisadiyyat qurur
Kulevi terminalı Gürcüstanda tikilən ilk NEZ-lə əməkdaşlıq edəcək
PMI: Azərbaycanda əhalinin 20%-i siqaret istifadə edir və bunun azalma potensialı var
AmCham: Qeyri-müəyyənlik dövründə bizneslər üçün ən vacib amil dayanıqlılıqdır
Nazir müşaviri: Azərbaycan ABŞ-la süni intellekt sahəsində əməkdaşlığı genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
