İran Futbol Federasiyası: Milli üzvlərinin viza müraciətləri rədd edilməyib
İran Futbol Federasiyası Dünya Çempionatında iştirak üçün millinin futbolçularına vizaların verilməməsi ilə bağlı xəbərləri təkzib edib.
“Tasnim”in xəbərinə görə, İran Futbol Federasiyası oyunçuların viza müraciətlərinin rədd edilmədiyini açıqlayıb.
“Viza ilə bağlı proseslər Futbol Federasiyası və milli komanda tərəfindən qaydalara uyğun şəkildə aparılıb və səsləndirilən iddialar həqiqətə uyğun deyil”, - İFF-dən bildirilib.
Qeyd edilib ki, İran Futbol Federasiyası milli komandanın Dünya Çempionatına göndərilməsi ilə bağlı bütün xəbərləri və məlumatları yalnız rəsmi kanallar vasitəsilə ictimaiyyətə çatdıracaq.
Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran G qrupunda Belçika, Misir və Yeni Zelandiyaya qarşı mübarizə aparacaq.
Oxşar xəbərlər
İran millisinin ABŞ-da planlaşdırılan oyunlarının Meksikada keçirilməsi təklif olunub
İran millisinin ABŞ-a səfəri rəsmiləşib
Futbol üzrə Belçika millisinə yeni baş məşqçi təyin olunub
İran ABŞ-də futbol üzrə dünya çempionatında iştirak etməyə hazır olduğunu bildirib
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
