Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
sizinxeber.az xəbər saytı

Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar


Qərb Ukrayna kimi, Ermənistanı da Rusiyaya qarşı səhv məntiqə sövq edir.

RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının Assambleyasında deyib.

XİN rəhbəri bildirib ki, Qərb Rusiyaya zərər vurmaq üçün Ermənistanı anti-Rusiya düşərgəsinə cəlb etməyə cəhd edir.

Onun sözlərinə görə, Qərb Rusiyanın müttəfiqlərini, ilk növbədə onun qonşularını - Gürcüstan, Moldova, indi Ukrayna ilə olduğu kimi, Ermənistanı da səhv məntiqə sürükləməyə çalışır.

Qeyd edək ki, 2026-cı ildə Rusiya ilə Ermənistan arasında münasibətlər dərin sistemli böhran yaşayır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dondurduqdan sonra İrəvan tədricən rəsmi səviyyədə Avropa İttifaqı ilə yaxınlaşma kursuna başlayıb. Rusiya dəfələrlə Ermənistan hakimiyyətini Avropa İttifaqına və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük arasında mümkün qədər tez qərar verməyə çağırıb və müvafiq məsələ ilə bağlı referendum keçirməyi təklif edib.

Oxşar xəbərlər

Lavrov: ABŞ Ukraynanın əli ilə Rusiyaya hücum edib
Lavrov: MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən yaxşı gəlir
Lavrov: Ukrayna ilə təhlükəsizlik zəmanəti məsələsinin müzakirəsinə hazırıq
Lavrov: Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq
Lavrov: Moskva Ukraynanı NATO-ya cəlb etməyin səhv olması ilə bağlı Trampın sözlərini alqışlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər