Polşanın WUF13-dəki nümayəndə heyəti Lənkəranda olub
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) polşalı nümayəndələri Lənkərana səfər ediblər.
"Report"un cənub bürosunun məlumatına görə, xarici qonaqlar bölgənin turizm imkanları, tarixi məkanları və çay plantasiyaları ilə tanış olublar.
Səfər zamanı polşalı nümayəndələr Lənkəranın təbiəti, gəzməli yerləri və tarixi abidələrinə baş çəkiblər. Qonaqlara rayonun turizm potensialı və zəngin mədəni irsi barədə ətraflı məlumat verilib.
Polşa-Azərbaycan Assosiasiyasının nümayəndəsi Aleksandra Tomaşevska və Lüblin şəhər meriyasının Strategiya və investorlarla əlaqələr departamentinin direktoru Mariusz Saqan Azərbaycanla Polşa arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildiriblər.
Qonaqlar Lənkəranın tarixi, coğrafi mövqeyi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat əldə etdiklərini və bu haqda öz ölkələrində danışacaqlarını qeyd ediblər.
Oxşar xəbərlər
Polşalı nümayəndələr WUF13 çərçivəsində Lənkəranda olublar
Xarici media nümayəndələri üçün Bakının bəzi məkanlarına mediatur təşkil edilib
Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur
Polşa nümayəndə heyəti Hərbi İnstitutda olub
Almaniya Bundestaqının üzvləri Göygöl və Şəmkir rayonlarına səfər ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
