Masazırda qəza olub, xəsarət alan var - VİDEO
sizinxeber.az xəbər saytı

Masazırda qəza olub, xəsarət alan var - VİDEO


Masazırda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində baş verən yol qəzasında vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "VAZ-2106" markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2000-ci il təvəllüdlü Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

FHN: Avtomobildə sıxılı qalan şəxs xilas edilib - VİDEO
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Zuğulbada yol qəzası olub, xəsarət alan var - VİDEO
Sabunçuda yol qəzası olub, bir nəfər xəsarət alıb - VİDEO
İmişlidə yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər