Rusiya üç növ Ermənistan konyakı və şərabının satışını qadağan edib
sizinxeber.az xəbər saytı

Rusiya üç növ Ermənistan konyakı və şərabının satışını qadağan edib


Rusiya üç növ Ermənistan konyakı və şərabının satışını qadağan edib.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rospotrebnadzor- İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistandan idxal edilən keyfiyyətsiz spirtli içkilər müəyyən edilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Rusiyada Vedi-Alco, Abovyan Brandy Factory və Shahnazaryan Wine and Brandy House şirkətlərinin şərab və konyaklarının satışı dayandırılıb.

Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan gül idxalını və "Cermuk" suyunun idxalı və satışını dayandırıb.

Oxşar xəbərlər

Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub
“Rospotrebnadzor” Ermənistanın “Cermuk” mineral suyunun idxalını və satışını dayandırıb - YENİLƏNİB
Ermənistanın “Cermuk” mineral suyunun Rusiyaya idxalı yenidən dayandırılıb
Rusiyada Ermənistanın təxminən 1,1 milyon ədəd "Cermuk" suyunun satışı qadağan edilib
Rusiya bu erməni məhsulunun satışını qadağan etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər