Azərbaycanda su xətləri üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır
sizinxeber.az xəbər saytı

Azərbaycanda su xətləri üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır


SCADA sistemlərinin tətbiqi və genişləndirilməsi su təchizatı və tullantı su idarəçiliyində geniş istifadə olunan texnologiyalardandır və bizim də əsas hədəflərimizdən biri ölkə üzrə SCADA sistemlərinin tətbiqidir.

Bunu "Sizinxeber.az-Economics"ə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

İ.Bayramov qeyd edib ki, bu proses mərhələli şəkildə həyata keçirilməlidir:

"Çünki SCADA sistemlərinin tətbiqi bu layihələrin son mərhələsidir. SCADA və digər avtomatlaşdırılmış idarəetmə həllərinin tətbiqindən əvvəl əsas mərhələ su təchizatı, tullantı və yağış su infrastrukturu üzrə vahid coğrafi informasiya sisteminə əsaslanan məlumat bazasının yaradılmasıdır. Biz uzun müddətdir bu istiqamətdə iş aparırıq.

Hazırda ölkə üzrə təxminən 27 min kilometr su təchizatı xətləri, 11 min kilometr tullantı su infrastrukturu, 50 min kilometrdən çox açıq və qapalı suvarma kanalları, eləcə də anbarlar, nasos stansiyaları, təmizləyici və digər hidrotexniki qurğular üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır".

Oxşar xəbərlər

Bakıda 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq
ADSEA sədrinin müavini: Magistral xətlər yenidən qurulacaq, Bakı və Abşeronun içməli su təminatı artırılacaq - MÜSAHİBƏ
Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə media-tur təşkil olunub - FOTO
Dövlət Su Ehtiyatları Agentliyi 2025-ci ilin vəzifələrinə dair müşavirə keçirib
ADSEA: Su strategiyası ilə bağlı üç mərhələli iş aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər