İran ABŞ-də futbol üzrə dünya çempionatında iştirak etməyə hazır olduğunu bildirib
İranın idman və gənclər naziri Əhməd Dünyamalı ölkənin milli yığmasının ABŞ-də futbol üzrə dünya çempionatının matçlarında iştirak edə biləcəyini bildirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İran mediasına istinadən "Fox News" telekanalı məlumat yayıb.
İyunda start götürəcək futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. ABŞ hakimiyyəti İranın turnirdə iştirakına icazə veriləcəyini bəyan edib.
Daha əvvəl İran komandası matçların Meksikada keçirilməsini xahiş etmişdi, lakin Beynəlxalq Futbol Federasiyası bu xahişi rədd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
Oxşar xəbərlər
Şeynbaum: FIFA DÇ-2026-da İran yığmasının oyunlarını ABŞ-dən Meksikaya keçirməyəcək
İsrail ordusu hazır vəziyyətə gətirilib
Merts: ABŞ və İran danışıqlarının uğursuzluğu gözlənilən idi
İran: ABŞ və İsrailin zərbələri nəticəsində Buşehr AES-ə zərər dəyməyib
İsrail İrandan yeni raket hücumu barədə məlumat verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
