"Tottenhem" müdafiəçisi Kristian Romero qeyri-adi səbəbdən komandanın son matçını buraxır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2026
12:00
0
0
1 114
ff aaaaaaa

"Tottenhem" müdafiəçisi Kristian Romero qeyri-adi səbəbdən komandanın son matçını buraxır

23 may, 2026
12:00
1 114

"Tottenhem" müdafiəçisi Kristian Romero qeyri-adi səbəbdən komandanın son matçını buraxır

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Kristian Romero qeyri-adi səbəbdən Premyer Liqanın sonuncu turundakı oyunu buraxacaq.

"Report" "The Touchline"a istinadən xəbər verir ki, London təmsilçisinin kapitanı "River Pleyt" və "Belqrano" komandaları arasında Argentina Liqasının finalını izləmək üçün sözügedən ölkəyə yollanacaq.

"Tottenhem" XXXVIII turda "Everton"la üz-üzə gələcək. Paytaxt təmsilçisi hazırda Premyer Liqada 38 xalla 17-ci pillədə qərarlaşıb. 18-ci sıradakı "Vest Hem"in 36 xalı var. Sonuncu tur çempionatda qalmaq yolunda həlledici olacaq.

Xatırladaq ki, 28 yaşlı argentinalı oyunçu cari mövsüm bütün turnirlərdə 32 oyuna 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul