Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
sizinxeber.az xəbər saytı

Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.


Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri məlumat verib.

Bildirilib ki, görkəmli şəxsiyyətlərin qalıqlarının Panteona köçürülməsi mərasimi üçün 20 ildən çox müddət ərzində tək bir şirkətə dövlət müqavilələrinin verilməsi faktı ilə bağlı araşdırma aparılır.

"Mayın 21-də Parisin maliyyə işləri üzrə iki istintaq hakimi Panteona giriş mərasimlərinin təşkili ilə bağlı araşdırma çərçivəsində Yelisey sarayında axtarış həyata keçiriblər", - deyə nəşrin materialında bildirilib.

Daha əvvəl verilən məlumatlara görə, Fransa hakimiyyəti istintaq çərçivəsində sarayda axtarış aparmağa cəhd edib, lakin uğursuz olub. Həmçinin Milli Abidələr Mərkəzində (müqavilələri paylaşdırır), "Shotcut Events" şirkətinin ofislərində (2002-ci ildən 2024-cü ilə qədər Panteonda mərasimlər təşkil edib) və iş üzrə bir neçə fiqurantın evlərində axtarışlar aparılıb. Fransanın maliyyə üzrə antikorrupsiyaya briqadası "Shotcut Events" şirkəti ilə bağlanmış müqavilələri təftiş edib.

Oxşar xəbərlər

Paris Makronun Zelenski və Starmerlə Vaşinqtona mümkün səfəri barədə məlumatı təkzib edib
Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq
Makron Paşinyanla görüşüb
Yelisey Sarayı Rubio və Uitkoffun Ukrayna ilə bağlı görüşünün təfərrüatlarını açıqlayıb
Parisdəki beynəlxalq sammit Makron üçün üçün böyük fiasko olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər