Yevlaxda baş tutan qərb derbisində qalib müəyyənləşməyib
sizinxeber.az xəbər saytı

Yevlaxda baş tutan qərb derbisində qalib müəyyənləşməyib


Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.

"Sizinxeber.az" xəbər verir ki, Yevlax şəhər stadionunda üz-üzə gələn "Kəpəz" və "Turan Tovuz" kollektivlərinin duelində qalib müəyyənləşməyib.

Hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.

Avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 17 xala malik "Kəpəz" isə onuncudur.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.

Oxşar xəbərlər

Premyer Liqanın XXVI turunda "Neftçi" "Turan Tovuz"la bərabərə qalıb
Premyer Liqa: XXIV tura Qəbələdə yekun vurulacaq
Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib
Premyer Liqa: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər