sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edib
Misli Premyer Liqasının XXV turunda "Kəpəz" "Neftçi"ni məğlub edib.
"Sizinxeber.az" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş Gəncə klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoev vurub. Bu nəticədən sonra xallarının sayını 22-yə yüksəldən "Kəpəz" 9-cu yerdə qərarlaşıb. "Neftçi" isə 27 xalla altıncıdır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.
Oxşar xəbərlər
Premyer Liqa: "Neftçi" "Kəpəz" üzərində qələbə qazanıb
Premyer Liqa: "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib
Premyer Liqa: "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşməyib
Premyer Liqanın XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib
Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













