Premyer Liqa: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turunda "Şamaxı" "Turan Tovuz"la heç-heçə edib.
"Sizinxeber.az"un məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Tovuz təmsilçisinin heyətində Sadiq Şəfiyev beşinci dəqiqədə hesabı açıb. Meydan sahiblərindən Belajdi Pusi 48-ci dəqiqədə tarazlığı bərpa edib. 89-cu dəqiqədə Arsen Ağcabəyov Şamaxı klubunun ikinci qoluna imza atıb. 90+8-ci dəqiqədə Kristian da Silva penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayınl 15-ə çatdıran qonaqlar 4-cü pillədə qərarlaşıb. "Şamaxı" 12 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər görüşündə son çempion "Qarabağ" "Sabah"la üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" VIII turda da qələbə qazana bilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












