Sizinxeber.az » İdman » Futbol » Azərbaycan millisinin sabiq məşqçisi: "Sabah"ın Bolqarıstan klubunu üstələmək üçün yaxşı şansı var"

Azərbaycan millisinin sabiq məşqçisi: "Sabah"ın Bolqarıstan klubunu üstələmək üçün yaxşı şansı var"

"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstan təmsilçisi "Levski"ni üstələmək üçün yaxşı şansı var.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib.

54 yaşlı mütəxəssis komandalar arasında bu gün keçiriləcək matçla bağlı fikirlərini bölüşüb:

"Təmsilçimizlə yanaşı, rəqibin də pley-offa vəsiqə qazanmaq şansı var. "Sabah" səfərdə son dəqiqədə buraxdığı qolla məğlub oldu. Nəzərə almalıyıq ki, komanda doğma meydanda, azarkeşlər önündə daha yaxşı çıxış edir. Hətta deyə bilərəm ki, vaxt keçdikcə oyun keyfiyyəti daha da artır. Bütün bunları nəzərə alsaq, "Sabah"ın Bolqarıstan klubunu üstələmək üçün yaxşı şansı var".

A.Əsədov "Levski"nin oyun planında müsbət və mənfi cəhətlərinin olduğunu sözlərinə əlavə edib:

"Təbii ki, bütün detalları komandanın məşqçilər korpusu təhlil edib və futbolçuların diqqətinə çatdırıb. Düşünürəm ki, pley-offa vəsiqə qazanmaq üçün şanslar bərabərdir".

Qeyd edək ki, "Sabah" - "Levski" oyunu bu gün, saat 20:00-da start götürəcək. Səfərdəki ilk qarşılaşmada Azərbaycan təmsilçisi bir cavabsız qolla uduzub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !