Bakıda Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə “SPLASH for Swimmable Cities” tədbiri keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə “SPLASH for Swimmable Cities” tədbiri keçirilib - FOTO


Mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – “Dünyanın İdman Paytaxtı” və “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə “SPLASH for Swimmable Cities” tədbiri keçirilib.

Sizinxeber.az xəbər verir ki, “Sea Breeze Resort” ərazisindəki sahil zonasında keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qonaqları, idmançılar və üzgüçülük həvəskarları iştirak ediblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov və Azərbaycanın ilk "dəmir adamı" (Ironman) Firdovsi Kərimov çıxış ediblər.

Aksiyaya qoşulan hər kəsə təşəkkür ediblər və üzgüçülüyün sağlam həyat tərzində rolunu qeyd ediblər.

Çıxışlardan sonra 100-dək iştirakçı eyni vaxtda dənizdə üzərək aksiyaya qoşulub.

Oxşar xəbərlər

APA WUF13-ün media tərəfdaşı olub
Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir
UN-Habitat-ın rəsmi səhifəsində “WUF13-də Yaşayış Yerləri Həlləri üçün Çağırış” adlı məlumat dərc edilib
Aygün Əliyeva: WUF13 QHT Forumu keçiriləcək
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər