"Sabah"ın baş məşqçisi: "Levski" ilə oyunda istədiyimiz "11-liy"i meydanda görə biləcəyik"
"Sabah" "Levski" ilə cavab matçında istədiyi futbolçuları meydana buraxa biləcək.
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Ağır oyundan sonra bütün futbolçular hazırdırlar. Hamısı sağlamdır. İstədiyimiz "11-liy"i meydanda görə biləcəyik".
O, sabah qələbə qazanmağa çalışacaqlarını söyləyib:
"İnanıram ki, seçdiyimiz oyun üslubu bizə qalibiyyət gətirəcək. Amma çətin olacaq. Rəqib asan qol buraxmır. Risk alacağıq. Hücum futbolu sərgiləmək və növbəti raunda yüksəlmək niyyətindəyik. Bizi ağır qarşılama gözləyir. Bolqarıstanda da bunu gördük. Sabah bizi heç-heçə qane etmir. Amma yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"
Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.
Oxşar xəbərlər
"Sabah"ın baş məşqçisi: "Bizi "Levski" ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm"
"Sabah"ın baş məşqçisi: "Levski" ilə cavab oyununda qələbə qazanacağımıza inanıram"
"Sabah"ın futbolçusu: "Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik"
"Levski"nin baş məşqçisi: "Özümüzü "Sabah"la oyunun favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər"
"Levski"nin baş məşqçisi: "Çempionat matçından sonra "Sabah"la oyunu düşünəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













