İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb - YENİLƏNİB


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran və ABŞ arasında aparılan danışıqların rəsmi vasitəçisi hələ də Pakistandır.

Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, Bəqai dövlət televiziyasına müsahibəsində Pakistan Ordusunun komandanı general Asim Munirin Tehrana səfərinə münasibət bildirib. O qeyd edib ki, son günlər intensivləşən diplomatik təmasların əsas məqsədi müharibənin dayandırılmasıdır.

İran XİN sözçüsünün sözlərinə görə, hazırkı mərhələdə nüvə məsələlərinin müzakirəsi nəzərdə tutulmur. O bildirib ki, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması xüsusi həssaslıq tələb edir. İranın tətbiq etdiyi dəniz blokadası da əsas müzakirə mövzularından biridir.

Bəqai vurğulayıb ki, Tehran hazırda diqqətini müharibənin dayandırılmasına yönəldib: “İran bundan əvvəl iki dəfə danışıqlar aparıb, lakin qarşı tərəf sonradan müharibə və təcavüz yolunu seçib”.

O əlavə edib ki, ABŞ-ın tələbləri maksimalist xarakter daşıyır, lakin İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməz qalır. Sözçü qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvüdür və dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququna malikdir.

Bəqai bildirib ki, Tehran uran materialı ilə bağlı mövqeyini açıq şəkildə qarşı tərəfə çatdırıb.

İran XİN rəsmisi Qətər nümayəndə heyətinin Tehrana səfərinə də toxunaraq deyib ki, heyət İranın xarici işlər naziri ilə görüş keçirib. Onun sözlərinə görə, hazırda bir çox ölkə müharibənin dayandırılmasına yardım göstərməyə çalışır, lakin rəsmi vasitəçi statusu hələ də Pakistana məxsusdur.

Bəqai sonda qeyd edib ki, İran və ABŞ arasında fikir ayrılıqları dərin olaraq qalır və bir neçə görüşlə yekun razılaşmanın əldə olunacağını söyləmək mümkün deyil.


Haşim Rahimi


***
18:13

Qətərin danışıqlar qrupu İranla razılaşmanı müzakirə etmək üçün Tehrana gedib.

Bu barədə “Reuters” məlumat yayıb.

Mənbə bildirib ki, Qətər danışıqlar qrupu Tehranda ABŞ-İran arasında müharibəyə son qoymaq üçün razılaşmanın əldə edilməsinə kömək edəcək.

Qeyd edək ki, Qətər son müharibə zamanı İran raketləri və dronlarının hücumlarına məruz qalıb. Qətər Qəzza üzrə danışıqlarda da vasitəçilik edib.

Oxşar xəbərlər

İran XİN: Danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib
İran XİN danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib
Bəqai: İran ABŞ tərəfindən ötürülən rəyləri nəzərdən keçirir
İran XİN: Tehran və Vaşinqton 14 bəndlik təklif üzərində müzakirələri davam etdirir
Bəqai: Hazırkı mərhələdə diqqət müharibənin dayandırılmasına yönəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər