Füzuli şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində 100-dək şagird səkkiz ixtisas üzrə təhsil alır - FOTO
sizinxeber.az xəbər saytı

Füzuli şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində 100-dək şagird səkkiz ixtisas üzrə təhsil alır - FOTO


Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində incəsənət sahələri üzrə tədris genişlənməkdədir.

APA-nın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilən ərazilərdə fəaliyyətə başlayan ilk yaradıcılıq ocaqlarından biri olan mərkəz 2024-2025-ci tədris ilindən şagirdlərin istifadəsinə verilib. Doğma yurda qayıdan ailələrin sayının artması burada təhsil alan uşaqların sayına da təsir göstərib. Əgər fəaliyyətə başlanarkən 25 şagird və 5 müəllim cəlb olunmuşdusa, hazırda mərkəzdə 100-ə yaxın şagird, 10 müəllim fəaliyyət göstərir.

Qazaxıstan Respublikası tərəfindən tikilərək Azərbaycana hədiyyə edilən mərkəzdə uşaqların yaradıcılıqla məşğul olması üçün hərtərəfli şərait yaradılıb. Şagirdlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə xüsusi nəqliyyat vasitəsi də ayrılıb.

Tədris prosesi 8 istiqamət üzrə təşkil olunub. Şagirdlər fortepiano, tar, qarmon, xanəndəlik, rəqs, rəssamlıq, gimnastika və xor dərnəklərində bilik və bacarıqlarını inkişaf etdirirlər. Dərslər həm fərdi, həm də qrup şəklində, həftənin 6 günü keçirilir. Məşğələlərin günün ikinci yarısında təşkili isə məktəbdənkənar vaxtın səmərəli dəyərləndirilməsinə imkan yaradır.

Mərkəzdə əldə olunan nəticələr artıq özünü göstərməkdədir. Şagirdlərin hazırladıqları əl işləri sərgilənir, müxtəlif tədbirlərdə nümayiş etdirilir. Bu isə Qarabağdan olan gənc istedadların gələcəkdə daha geniş platformalarda təmsil olunmasına zəmin yaradır.

Mərkəzin xor müəllimi, Füzuli sakini Elcan Əsgərov bildirib ki, uşaqların incəsənətə marağı kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, dərnəklərin çoxluğu şagirdlərin seçim imkanlarını artırır və onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. O, həmçinin qeyd edib ki, məcburi köçkünlük həyatı yaşadıqdan sonra müəllim kimi doğma şəhərinə qayıdaraq fəaliyyət göstərmək onun üçün xüsusi qürur hissidir.

Oxşar xəbərlər

Füzulidəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb
Bu il ilk dəfə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq
Bakı məktəblərini 80 mindən çox şagird bitirir
Füzuli şəhərində şagird sayının artması bölgədə həyatın tədricən bərpa olunduğunu göstərir - FOTO
Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər