"Sabah"ın baş məşqçisi: "Bizi "Levski" ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm"
sizinxeber.az xəbər saytı

"Sabah"ın baş məşqçisi: "Bizi "Levski" ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm"


"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Bolqarıstanın "Levski" klubu ilə oyunda onları nələrin gözlədiyini təxmin edir.

"Sizinxeber.az"un məlumatına görə, litvalı mütəxəssis bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" ilə oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

O, rəqibin böyük tarixə malik olduğunu vurğulayıb:

"Sabah "Levski" kimi böyük tarixə malik komanda ilə qarşılaşacağıq. Rəqib komandanın təqdimata ehtiyacı yoxdur. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Bizi sabahkı qarşılaşmada nəyin gözlədiyini bilirəm. "Levski" II təsnifat mərhələsində "Braqa"ya qarşı güclü oyun nümayiş etdirdi. Ötən mövsüm Bolqarıstan çempionatında ikinci yeri tutublar. Bu qarşılaşmaya ciddi hazırlaşmışıq".

Qeyd edək ki, "Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.

Oxşar xəbərlər

"Levski"nin baş məşqçisi: "Çempionat matçından sonra "Sabah"la oyunu düşünəcəyik"
UEFA Konfrans Liqası: "Sabah"ın Bolqarıstana səfərinin detalları müəyyənləşib
"Levski" - "Sabah" oyununun hakimləri açıqlanıb
"Sabah"ın bir əsrdən çox yaşı olan rəqibi: "Levski" ikinci dəfə Bakıya gələcək - TANITMA
"Sabah"ın baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər