Əraqçi Nyu-Yorkda BMT-nin iclasına dəvət olunub
sizinxeber.az xəbər saytı

Əraqçi Nyu-Yorkda BMT-nin iclasına dəvət olunub



İran xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorka dəvət olunub.


Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai Çinin BMT Təhlükəsizlik Şurasına dövri sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair xarici işlər nazirlərinin xüsusi iclasının keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi də sözügedən iclasa dəvət olunub.

Bəqai bildirib ki
, BMT Təhlükəsizlik Şurasının açıq iclasının mayın 26-da keçirilməsi nəzərdə tutulur. Əraqçinin iclasda iştirakının sıx iş qrafiki səbəbindən hələlik dəqiqləşmədiyi qeyd edilib.

Oxşar xəbərlər

İran XİN rəhbəri BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək
İran XİN: Tehran Livan xalqının müqavimət hüququnu dəstəkləyir
Əraqçinin BRICS XİN rəhbərlərinin iclasında iştirakı planlaşdırılır
Abbas Araqçi sabah Ermənistana səfər edəcək
Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər