Hikmət Hacıyev: Yenidənqurma və minatəmizləmə prosesində QHT-lərlə sıx əməkdaşlıq edirik
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru xanım Rossbax işğaldan azad edilmiş ərazilərə səfər edən ilk yüksək səviyyəli BMT rəsmilərindən biri olub. O, postmünaqişə dövründə yenidənqurma və bərpa prosesinə UN-Habitatın təcrübəsini və baxışını gətirib.
Sizinxeber.az xəbər verir ki, bunu “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyevin sözlərinə görə, QHT icmasının toplantısı təşkil olunmasa, bu forum tam mənada natamam olardı: “Biz həmçinin xanım Rossbaxa təşəkkür edirik. O və komandası BMT ailəsinin QHT-lərlə əməkdaşlıq sahəsindəki geniş təcrübəsinə əsaslanaraq, bu təşəbbüsü dəstəklədilər. Onların dəstəyi olmadan bunu həyata keçirmək mümkün olmazdı”.
Prezidentin köməkçisi qeyd edib ki, yalnız QHT Forumu deyil, daha geniş mənada Ümumdünya Şəhərsalma Forumu da UN-Habitat ilə sıx tərəfdaşlıq və yaxın əməkdaşlıq şəraitində təşkil olunub: “Xanım Rossbaxın rəhbərliyi ilə biz uğurlu bir Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi prosesindəyik. QHT icması, vətəndaş cəmiyyəti institutları və Azərbaycan hökuməti QHT sektorunun inkişafına, əməkdaşlığa və potensialının gücləndirilməsinə xüsusi önəm verir. Bu məqsədlə vətəndaş cəmiyyəti institutlarına dəstək göstərən Dövlət Agentliyi yaradılıb. Azərbaycan hökuməti QHT-lərə qrantlar ayırır, onların maliyyə resurslarına çıxışını təmin edir, həmçinin müxtəlif təlimlər, institusional inkişaf və potensialın artırılması layihələri həyata keçirir”.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycandakı vətəndaş cəmiyyəti institutları ölkənin inkişaf proqramlarının ayrılmaz hissəsidir: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı və ərazilərin çoxsaylı minalarla çirkləndiyi bir şəraitdə də biz vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edirik.
“Qlobal düşün, lokal fəaliyyət göstər” prinsipi Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əsas şüarlarından biridir. Hökumət olaraq biz beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı dəstəkləyirik”.
Oxşar xəbərlər
Hikmət Hacıyev İrana səfər edib
Hikmət Hacıyev NATO rəhbərliyi ilə təhlükəsizlik və tərəfdaşlıq məsələlərini müzakirə edib
Hikmət Hacıyev: Şuşa Media Forumu azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir
Hikmət Hacıyev: Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq
Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
