Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah"ın oyunçuları müdafiə planında diqqətsiz oynadılar"
"Sabah"ın oyunçuları Sloveniyanın "Sele" komandasına uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında müdafiə planında diqqətsiz oynayıblar.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov açıqlama verib.
46 yaşlı keçmiş yarımmüdafiəçi Bakı təmsilçisinin müsbət və mənfi cəhətlərindən söz açıb:
"İlk oyun olduğuna görə komandalar təlim-məşq toplanışından sonra yavaş-yavaş formalarını bərpa edirlər. "Sabah"ın üstün tərəfi sürətli hücumlardır. Amma müdafiə planında diqqətsiz oynadılar. Düşünürəm ki, iki mərkəz müdafiəçisinin səhvləri daha qabarıq göründü. Qolların ikisində futbolçuların xətti düzgün qurmamaları rol oynadı. Məncə, müdafiə planında yaxşı oynasalar, hücumda problemləri olmayacaq".
C.Sultanov rəqibin növbəti mərhələyə adlamaq şanslarının artdığını söyləyib:
"Sabah" uduzmasaydı, daha şanslı olardı. Son dəqiqələrdə buraxılan qol rəqibin növbəti mərhələyə vəsiqə qazanmaq ehtimalını yüksəltdi. Futboldur, belə hallar olur. Bəlkə cavab qarşılaşmasında daha fərqli oyun sərgiləyəcəklər. İndidən nəsə demək olmur. Amma ümumilikdə "Sabah" pis komanda deyil. Müdafiədə və orta xəttdə bir az güclənməyə ehtiyac var. Bunlar olsa, avrokuboklarda daha yaxşı çıxış edə bilərlər".
Qeyd edək ki, "Sabah" rəqibinə 2:3 hesabı ilə uduzub. Cavab görüşü iyulun 17-də Sloveniyada baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq
Azərbaycan millisinin baş məşqçisi: "Müdafiə planında inkişaf etməliyik"
Azərbaycan millisinin baş məşqçisi: Müdafiə planında inkişaf etməliyik
Sloveniya klubunun futbolçusu: "Həm fiziki, həm də taktiki cəhətdən "Sabah"la oyuna hazırıq"
Azərbaycan millisinin sabiq məşqçisi: "Sabah”ın müdafiə xəttində problemlər ola bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
