Mahmud Qurbanov: “Sabah”ın Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanmaq şansı var”
“Sabah”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanmaq şansı var.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu və məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis bu gün Sloveniyada “Sele”nin qonağı olacaq Azərbaycan təmsilçisinin baş məşqçisinin lazımi təhlillər apardığını düşünür:
“Sele” ilk görüşü qələbə ilə başa vursa da, zəif cəhətləri var. Düşünürəm ki, “Sabah”ın baş məşqçisi ilk oyundan sonra rəqibi təhlil edib. "Sabah"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanmaq şansı var. Hər halda, ölkəmizin komandasıdır. Ona görə də azarkeşlik edəcəyəm”.
M.Qurbanov “Sabah”ın oyun baxımından heç də “Sele”dən geri qalmadığını vurğulayıb:
“Sabah” ilk oyunda evdə uduzsa da, şanslar bərabərdir. Komanda evdə iki fərqli hissə oynadı. İlk hissədə daha yaxşı, məzmunlu və hücumameyilli oyun göstərdi. Rəqibi təzyiqdə saxlayırdılar. “Sele”nin müdafiəçilərini topu itirməyə məcbur edirdilər. Bununla yanaşı, qol vəziyyətləri yaratdılar və fərqləndilər. Heç də “Sele”dən geri qalmırdılar. Amma ikinci hissədə sanki mərkəzə çəkildilər və hesabı qoruyub saxlamağa çalışdılar. Belədə rəqibə geniş sahə verdilər və rahat hücum qurmağa şərait yaratdılar. “Sele”nin hücumlarının təsadüfi deyil, düşünülmüş olduğunu deyərdim. Baş məşqçiləri ispaniyalı olduğu üçün elə bu ölkənin üslubuna uyğun futbol nümayiş etdirdilər. “Sabah” ikinci hissədə yaratdığı qol vəziyyətlərindən istifadə edə bilmədi. Nəticədə matçın sonlarına yaxın qapılarında qol gördülər”.
Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sele” - “Sabah” matçı bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Oxşar xəbərlər
"Sabah"ın futbolçusu: Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik
UEFA Avropa Liqası: "Sabah" Sloveniyada cavab matçına çıxacaq
UEFA Avropa Liqası: "Sabah" - "Sele" matçına start verilib
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür
"Sele"nin baş məşqçisi: "Sabah" haqqında kifayət qədər məlumatımız var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












