Azərbaycan millisinin sabiq baş məşqçisi: "Qarabağ"ın "Lion"a qalib gəlmək şansı var"
Hər iki komandanın qalib gəlmək şansı var.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək Avropa Liqası matçı ilə bağlı danışarkən deyib.
58 yaşlı mütəxəssis bu görüş üçün proqnoz verməyin çətin olduğunu bildirib:
"Turnir cədvəlinə nəzər yetirsək, bu görüş "Qarabağ" üçün çox vacibdir. Komanda məğlub olsa, işini çətinə salacaq. Bundan sonra üç qarşılaşma qalacaq. Bakıdakı oyun rəqib üçün də önəmlidir. Onlar da ilk "8-lik"də yer almağı hədəfləyirlər. "Qarabağ" pis formada deyil. "Lion"un problemlər içində olması, maliyyə böhranı yaşaması bir az bizə üstünlük verir. Ancaq futbolçu meydanda bütün problemləri unudur".
Ş.Diniyev "Lion"un səviyyəli komanda olduğunu söyləyib:
"Düşünürəm ki, çempionatdakı matçlarına görə bəzi futbolçulara istirahət verə bilərlər. Rəqibin Fransa təmsilçisi olmasına fikir verməməliyik. Futbol siyasətdən uzaq olmalıdır. Futbolçular oyun başlayanda "yana bilərlər". Meydana hirs, əsəb və stresslə çıxsalar, bu, onlara kömək etməyəcək. Futbolçuların fərdi bacarığı sözünü deyəcək".
Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin V turunda bu gün keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - "Lion" oyununa 10 mindən çox bilet satılıb
Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
"Qarabağ"ın prezidenti: "Bakıda "Lion"un işi çətin olacaq"
"Lion"un yarımmüdafiəçisi: "Qarabağ"ın heyətində təhlükəli və keyfiyyətli futbolçular var"
"Qarabağ"ın futbolçusu: "Sabahkı oyun çox maraqlı olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
