UFC-də çıxış edən azərbaycanlı: "Azarkeşlərin döyüşlərimi səbirsizliklə gözləməsini istəyirəm"
sizinxeber.az xəbər saytı

UFC-də çıxış edən azərbaycanlı: "Azarkeşlərin döyüşlərimi səbirsizliklə gözləməsini istəyirəm"


Elə döyüşməyə çalışıram ki, azarkeşlər görüşlərimi səbirsizliklə gözləsinlər.

"Report" xəbər verir ki, bunu ABŞ-ni təmsil edən azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov "Inside Fighting"ə müsahibəsində deyib.

Mütləq Döyüş Çempionatında (UFC) çıxış edən 30 yaşlı idmançı dünyanın hər yerindən fanatlarının olduğunu bildirib:

"Sosial şəbəkələrə nəzarəti dostuma vermişəm. Bütün dünyada çoxlu pərəstişkarlarım var. Məni Azərbaycanda və Rusiyada izləyirlər. İngiltərədə də müsəlman tərəfdarlarım mövcuddur. Elə olur ki, gecənin bir yarısı azarkeşlər zəng edirlər. Məni çox yerdə sevirlər".

O, fanatlarının ona motivasiya verdiyini bildirib:

"İstəyirəm ki, səhər oyanıb "lənət olsun, Nazimin böyük döyüşünü qaçırdım" deyə düşünsünlər".

Qeyd edək ki, Nazim Sadıxov fevralın 15-də UFC Fight Night 251 turnirində Braziliya təmsilçisi İsmael Bonfimlə üz-üzə gələcək. N.Sadıxov ABŞ-ni təmsil etsə də, qələbələrindən sonra Azərbaycan bayrağını nümayiş etdirir.

Oxşar xəbərlər

“Zirə” rəsmisi: "Omoniya” ilə səfər oyununda stadionda azərbaycanlı azarkeşlər olmayacaq
Dünya çempionu: "Zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik"
Avropa çempionatının qalibi: Mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim
Yeni Zelandiyadan olan MMA döyüşçüsü ölü tapılıb
Azərbaycanın MMA döyüşçüsü: "UFC-nin təklifindən imtina etməyimin səbəbi qonorarın az olmasıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər