Dünya çempionu: "Zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik"
"Şükür Allaha, zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik".
“Report” xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) jurnalistlərə açıqlamasında deyib.
O, dünya çempionu olduğuna görə sevincli olduğunu bildirib:
“Mundialdan öncə özümə inanırdım. İlk dəfə dünya arenasında 63 kq çəki dərəcəsində çıxış edirdim. Bunun çətin olacağını bilirdim. Lakin bütün görüşlərə hazır idim. Şükür Allaha, zəhmətimiz yerdə qalmadı, Azərbaycanlı layiqincə təmsil etdik. Mən və komanda yoldaşlarım uğurlu nəticələr əldə etdik".
“Avropa çempionatında olimpiya çəkisi ilə, 60 kq-da qalib gəldim.Növbəti hədəfim olimpiya oyunlarına vəsiqə qazanmaq olacaq", - 22 yaşlı idmançı qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında həm də 85 xal toplamaqla komanda hesabında birinci olub.
N.Məmmədli bundan əvvəl fevralın 18-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Oxşar xəbərlər
Nihat Məmmədli: Azərbaycan bayrağını dalğalandırmaq çox qürurverici hisdir
Dünya çempionatında qızıl medal alan Azərbaycan güləşçiləri Vətənə qayıdıb
Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB
Azərbaycanlı dördqat dünya çempionu: "Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb"
Azərbaycanın dördqat dünya çempionu: "Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
