“Zirə” rəsmisi: "Omoniya” ilə səfər oyununda stadionda azərbaycanlı azarkeşlər olmayacaq
Məndə olan məlumata görə, stadionda azərbaycanlı azarkeşlər olmayacaq.
Bunu “Sizinxeber.az”a açıqlamasında “Zirə”nin mətbuat katibi Elmar Abdullazadə UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Kipr təmsilçisi “Omoniya”ya qarşı keçirəcəkləri matçla bağlı deyib.
O, bu gün Larnaka şəhərindəki GSP stadionunda gerçəkləşəcək oyunda azərbaycanlı azarkeşlərin yer alıb-almayacağı ilə bağlı sualı cavablandırıb:
“Düzdür, UEFA-nın qaydalarına görə tribunların tutumunun 5 faizi qonaq azarkeşlər üçün ayrılıb. Amma həmin yerlər boş qalacaq. Çünki bizə biletlə bağlı müraciət edən olmayıb. Kiprdə, demək olar ki, azərbaycanlı yaşamır. Bura ada ölkəsidir deyə, giriş-çıxış, viza almaq bir qədər çətindir. Ona görə də çox güman, stadionda bizim azarkeşlər görünməyəcək”.
Qeyd edək ki, “Zirə”nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" ilə oyun üçün bu gün Kiprə yollanacaq
Elmar Baxşıyev: “Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər
Konfrans Liqası: "Zirə" bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq
"Zirə"nin futbolçusu: Həftə boyunca "Omoniya"nın oyunlarını təhlil etmişik
UEFA Konfrans Liqası: "Omoniya" - "Zirə" oyununun hakimləri bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













