Yeni Zelandiyadan olan MMA döyüşçüsü ölü tapılıb
sizinxeber.az xəbər saytı

Yeni Zelandiyadan olan MMA döyüşçüsü ölü tapılıb


Yeni Zelandiyadan olan MMA döyüşçüsü Hakaraiya Uilson yanvarın 1-də gecə ölü tapılıb.

"Sizinxeber.az" "Daily Mail"ə istinadən xəbər verir ki, 26 yaşlı idmançının cəsədi Yeni Zelandiyanın Qisborn şəhərində aşkarlanıb.

H.Uilsonun "Rhythm and Vines" musiqi festivalına gəldiyi bildirilir. Ölümün səbəbləri dəqiqləşdirilməyib, lakin hüquq-mühafizə orqanları tərəfindən onun üzərində heç bir zorakılıq əlaməti tapılmayıb. T.Uilson karyerasına 2020-ci ildə başlayıb. Bu müddət ərzində dörd döyüş keçirib və bunların üçündə qələbə qazanıb.

Qeyd edək ki, o, sonuncu dəfə oktaqona 2024-cü ilin oktyabrında "Canggu Fight Night 32" turnirində çıxıb və filippindən olan Mark Alkobaya qalib gəlib.

Oxşar xəbərlər

Amerikalı UFC döyüşçüsü silahlı hücuma məruz qalıb
Keçmiş MMA döyüşçüsü avtomobil qəzasına düşüb
Sumqayıtda küçədə kişi meyiti tapılıb
Latviyalı basketbolçu Moskvada ölü tapılıb
Ekvadorda həbsxana üzərində partlayıcı maddə olan dron aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər