Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir
sizinxeber.az xəbər saytı

Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir


Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, bu qanun gənc nəslin, uşaqların virtual məkanda da qorunması məsələsini aktuallaşdırır:

"Bundan başqa, aidiyyəti qurumlarla yanaşı, valideynlər də rəqəmsal savadlılığa cəlb olunmalıdır".

B.Muradova yeni qanun layihəsindən danışarkən sosial şəbəkələrdə uşaqlar üçün yaş məhdudiyyətinin hüquqi normalara çevrildiyini də söyləyib:

"Bu, təkcə texniki tənzimləmə deyil. Uşaqların rəqəmsal mühitdə qorunmasına cavabdır".

Oxşar xəbərlər

Bahar Muradova: Uşaqların zərərli informasiyadan qorunması Azərbaycanın əsas prioritetlərindəndir
Bahar Muradova: Türk dövlətlərində ailə dəyərlərinin qorunması üçün birgə fəaliyyəti vacib hesab edirik
Firudin Qurbanov: Məktəblərdə şagirdlərin internetdən istifadəsi filtrlənib
Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir
Bahar Muradova: Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər