Toy karvanında qaydaları pozan sürücülər məsuliyyətə cəlb edilib - VİDEO
Toy karvanında qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb edilib.
Bakı Şəhər DYP İdarəsindən Sizinxeber.az-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.
Avtoxuliqanlıq edən “VAZ-21214” markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.
Həmçinin “Chevrolet” markalı, 77-NT-048, “VAZ-2107” markalı, 77-EH-807”, “Khazar” markalı, 90-YN-188, “Ravon” markalı, 77-MV-697, “Lada” markalı, 77-YC-121, “Daewo” markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO
Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub
Avtoxuliqanlıq edən sürücü ilə bağlı materiallar məhkəməyə göndərilib
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib"
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












