Ukrayna PUA-larının zərbələri nəticəsində Krasnodarda terminal yanıb, ölən var
sizinxeber.az xəbər saytı

Ukrayna PUA-larının zərbələri nəticəsində Krasnodarda terminal yanıb, ölən var


Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində Rusiyanın Krasnodar diyarının Temryuk rayonunda yerləşən dəniz terminalında yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev sosial şəbəkələrdə məlumat verib.

"PUA qalıqlarının düşməsi nəticəsində dəniz terminalında yanğın baş verib. Təəssüf ki, bir nəfər həlak olub", - o qeyd edib.

İlkin məlumata görə, üç nəfər xəsarət alıb.

Kondratyevin sözlərinə görə, yanğının söndürülməsinə 96 nəfər, Rusiya Fövqəladə Hallar Nazirliyinin texnikası da daxil olmaqla 30-dan çox texnika cəlb olunub.

Oxşar xəbərlər

Tuapsedə dəniz terminalında baş verən yanğın söndürülüb
Ukrayna Tuapse şəhərinə hücum edib, ölən və yaralananlar var
Rusiyada neft bazasında baş verən yanğının sahəsi 5 min kvadrat metrə çatır - YENİLƏNİB
Sızranda PUA hücumu nəticəsində iki nəfər ölüb
Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində 10 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər