Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub
sizinxeber.az xəbər saytı

Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub


Qarlı havada avtoxuliqanlıq edən sürücü həbs olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü Kamran Şükürov saxlanılıb.
O, idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qarlı hava şəraitində yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə K.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.

Oxşar xəbərlər

Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub - VİDEO
Beyləqanda sərxoş halda maşın sürən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər