Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO
Şəkidə “Kamaz” piyadanı vurub, daha sonra traktorla toqquşub.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Qəza zamanı hadisə yerində həyatını itirən 1956-cı il təvəllüdlü Şəki rayonu Köndələn kənd sakini Yusif Cabbar oğlu Mustafayevdir.
Qəzada xəsarət alanlar 1994-cü il təvəllüdlü Aşağı Göynük kənd sakini Abdullayev Samir Nazim oğlu Abdullayev, 1990-cı il təvəllüdlü Balakən rayon sakini Oruc Qurban Muradovdur. Yaralıların müalicəsi Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) davam etdirilir.
Oxşar xəbərlər
Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var
Şəkidə 69 yaşlı piyadanı maşın vurub
Mingəçevirdə mikroavtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
