Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib
Xəbər verildiyi kimi, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu "Toyota" markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, avqustun 25-i axşam saat 23 radələrində Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb.
Hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib.
Oxşar xəbərlər
Şəkidə maşın 37 yaşlı kişini vuraraq öldürüb
Qəbələdə yol qəzası olub, sürücü ölüb
Magistral yolda maşın dəmir dirəyə çırpılıb, sürücü ölüb
Beyləqanda avtomobil kanala düşüb, iki nəfər xəsarət alıb
Zaqatalada 69 yaşlı piyadanı maşın vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













