Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib
sizinxeber.az xəbər saytı

Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib


“Meydan TV işi” üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Şəmşad Ağa 2 ay 1 gün müddətə həbs edilib.

Qeyd edək ki, o, qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

"Meydan TV" işi üzrə saxlanılanlar barəsində məhkəmə qərar qəbul edib – YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Meydan TV" işi üzrə saxlanılanlar barəsində məhkəmə qərar qəbul edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Meydan" TV-nin əməkdaşları və daha bir nəfər həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle