Zümrüd Ağayeva U-19 Avropa çempionatının final mərhələsinə təyinat alıb
sizinxeber.az xəbər saytı

Zümrüd Ağayeva U-19 Avropa çempionatının final mərhələsinə təyinat alıb


AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Sizinxeber.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadın futbolçular arasında iyunun 27-dən iyulun 10-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsində iş başında olacaq.

Z.Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. AFFA rəsmisi A qrupunun İsveç – Polşa (27 iyun), Bosniya və Herseqovina – İsveç (30 iyun), Polşa – Bosniya və Herseqovina (3 iyul), B qrupunun isə Avstriya – İslandiya (28 iyun), Avstriya – İsveçrə (1 iyul) və İspaniya – Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.

UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal, 10-da isə final görüşünün UEFA nümayəndəsi olacaq.

Oxşar xəbərlər

AFFA rəsmisi Avropa çempionatının pley-off mərhələsinə təyinat alıb
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
AFFA rəsmisi UEFA Millətlər Liqasının oyununa təyinat alıb
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
Azərbaycanın FIFA referisi Avropa çempionatının final mərhələsinə təyinat alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər