Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB
Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 30.01.2025-ci il tarixində saat 21:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə 7 nəfər hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən Sizinxeber.az-ya verilən məlumata görə Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (qadın cinsli) yerləşdirilib. Onlardan 1998-ci il təvəllüdlü şəxs L1 fəqərəsinin sınığı və aşağı ətrafların parezi, 1984-cü il təvəllüdlü şəxs isə sol bud-çanaq oynağının çıxığı, sağ oturaq, qasıq sümüklərinin sınığı diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır qiymətləndirilir.
Sağ gözətrafı dərialtı hematoma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən şəxs isə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və müşahidə altındadır. Vəziyyəti orta ağır dəyərləndirilir.
4 nəfər isə (2 kişi, 2 qadın cinsli) Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan bud sümüyünün sınığı diqanozu təyin edilən 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Bədənin müxtəlif nahiyələrində sıyrıntılar və əziklər diaqnozu təyin edilən digər 3 nəfərin (2009, 2010 və 2017-ci il təvəllüdlü) isə müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağırdır.
***
21:44
Quba Bakı yolunda minik avtomobilinin aşması bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.
Sizinxeber.az-ya məlumat verən Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə Quba-Bakı yolunun şəhər istiqamətində 140-cı kilometrliyində qeydə alınıb.
Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində “Kia Sportage” markalı minik avtomobili aşıb.
Nəticədə avtomobildə olan biri azyaşlı olmaqla 6 nəfərdən beşi xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Bakı-Quba yolundakı ağır yol qəzasında xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda 16 yaşlı yeniyetməni avtomobil vurub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeronda qəza nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda minik avtomobili zibil maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda minik maşını məişət tullantısı daşıyan avtomobillə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












